Bakıda “min bir dərdin dərmanı” ancaq varlılar üçün...

2022-08-06 23:31:00

Bakıda “min bir dərdin dərmanı” ancaq varlılar üçün...

Azərbaycanda "min bir dərdin dərmanı" olan balın qiyməti fantastik dərəcədə qalxıb.

Əvvəllər balın bir kiloqramının qiyməti 25-35 manat arasında satılırdısa, indi Bakı bazarlarında balın bir kiloqramı 50-60 manat arasında satılır. 

Satıcılar bunun səbəbini işğaldan azad olunan ərazilərdən gətirilən balla əlaqələndirib.

"Hazırda Kəlbəcər və Laçın yaylaqlarında bal saxlanılır. Kiçik sahibkarlar bizə həmin balın kilosunu 50 manata verir. Kəlbəcər və Laçın yaylaqlarından gətirilən balları alıcılar 3 kiloluq bankalarla alır. 3 kiloluq bankalarda isə bal 4 kilodan çoxdur. Onun qiyməti isə 225 manatdır. Biz də bunun üstünə bəzən 5-10 manat əlavə edə bilərik. Amma yerdə qalan rayonlardan gətirilən ballar 30-35 manat arasında satılır”, deyə satıcılar əlavə edib. \\Qaynarinfo 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051904