Bakıda meyitləri tapılan 4 nəfərdən 3-nün kimliyi BİLİNDİ

2023-01-06 12:24:00

Bakıda meyitləri tapılan 4 nəfərdən 3-nün kimliyi BİLİNDİ

Ötən gün Bakının Nərimanov rayonunda meyiti tapılan 4 nəfərdən 3-nün şəxsiyyəti məlum olub.

Hurriyyet.az xəbər verir ki, evdə meyiti tapılan şəxslərdən biri 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur. Məlumata görə, adıçəkilən gənc bir həftə əvvəl yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Trend-in məlumatına görə, onunla birlikdə meyiti tapılan daha iki nəfərin də şəxsiyyəti məlum olub. Həmin şəxslər 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu və 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğludur.

Hadisə yerində meyiti aşkarlanan 4-cü şəxsin isə sifəti tanınmaz olduğundan şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Məlumata görə, həmin şəxslərin bir həftə əvvəl öldüyü məlum olub. Meyitlərdə zorakılıq və xəsarət izləri aşkarlanmasa da, çürüməyə məruz qalıb.

İlkin ehtimal kimi həmin şəxslərin dəm qazından boğulması ehtimal edilsə də, ölümün səbəblərinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib. Yanvarın 1-dən 5-nə qədər kirayəşinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib. Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.(Modern.az)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000106