Bakıda meyitləri tapılan 4 nəfər bazarda işləyirmiş – Olay yerindən VİDEO
2023-01-05 13:49:00

Xəbər verildiyi kimi, Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb.
Hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.
İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir. Qonşuların bildirdiyinə görə kirayədə yaşayan şəxslər yaxınlqdakı bazarda işləyirlərmiş.
Hurriyyet.az xəbər verir ki, Baku TV-nin çəkiliş qrupu paytaxtın Nərimanov rayonunda 4 nəfərin meyitinin aşkarlandığı əraziyə yollanıb.
Ölənlərin hamısı kişidir. Hazırda meyitlər evdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilir. Ölənlərin kimliyi məlum deyil.
Hadisə yerindən canlı yayımı təqdim edirik:
Bizim.Media
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya