Bakıda məşhur kişi salonunda İNTİHAR
2024-08-27 22:32:12
Bakıda intihar hadisəsi olub.
Hurriyyet.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Azadlıq prospektində yerləşən "Studio-23" kişi salonunda baş verib.
Orada bərbər işləyən, 25 yaşlı İlkin Nağıyev iş yerində özünü asıb.
İ. Nağıyevin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Nərimanova Rayon Prokurorluğunda araşdırma aparılır.