Saat:09:45
Haqqımızda

Bakıda məşhur əyləncə klubunun yeri hərraca çıxarılır – 446 min manat

2025-11-18 15:03:24

Bakıda məşhur əyləncə klubunun yeri hərraca çıxarılır – 446 min manat

Bakıda fəaliyyət göstərən məşhur “Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

Hurriyyet.az xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt hərracda satılacaq.

10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır.

Qeyd edək ki, “Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.

Teleqraf.az