Bakıda mənzildən qumbara tapıldı - Foto

2022-12-03 11:11:00

Bakıda mənzildən qumbara tapıldı - Foto

Bakıda mənzildən əl qumbarası tapılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-nə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonunda mənzillərin birində partlayıcı-sursat olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu və polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Polis əməkdaşları tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu tərəfindən Yasamal rayon sakininin kirayə yaşadığı mənzilə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Faktla bağlı DİN tərəfindən araşdırma aparılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.194408