Bu gün 164 nömrəli orta məktəbdə şagirdlərin sinəsinə "Georgi lenti” yapışdırılaraq 9 may tədbiri keçirilib.
Məktəbdə keçirilən tədbir sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.
Buna səbəb azyaşlıların sinəsinə "Georgi lenti"nin vurulması olub.
Qeyd edək ki, "Georgi lenti" bugünkü gündə Rusiyanın imperiya simvollarından biri hesab edilir.
Məsələ ilə bağlı hələlik Təhsil Nazirliyindən rəsmi açıqlama verilməyib.
Oxu.az