Bakıda maşın yandı - Sürücü öldü
2025-12-03 09:11:32
Bakıda avtomobil sürücüsü ilə birgə yanıb.
Bu barədə Hurriyyet.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
