Saat:17:08
Haqqımızda

Bakıda maşın partladı: xəsarət alan var

2025-01-04 14:18:30

Bakıda maşın partladı: xəsarət alan var

Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobildə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq "Şevrolet Kobalt" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.253330