Bakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu

2023-09-07 09:33:08

Bakıda külək 12 yaşlı məktəblinin ölümünə səbəb oldu

Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.

12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135714