Saat:03:06
Haqqımızda

Bakıda klinikaya müayinəyə gələn qadın özünü binadan atdı

2022-07-04 10:27:00

Bakıda klinikaya müayinəyə gələn qadın özünü binadan atdı

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında intihar baş verib.

Hurriyyet.az xəbər verir ki, klinikaya müayinəyə gəlmiş Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsindən atıb.

Klinikanın 4-cü mərtəbəsinin eyvanına çırpılan A.Xəlilova vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparır.

Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR