Bakıda kişi qayınatasının 280 minlik evini yandırıb: "molotov kokteyl"lər atdı

2023-01-02 11:12:00

Bakıda kişi qayınatasının 280 minlik evini yandırıb:

Bakıda qayınatasının evini yandırmaq istəyən şəxsə hökm oxunub.

Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Camalov (şərti) su şüşələrinə yanacaq doldurmaqla əvvəlcədən hazırladığı “molotov kokteyl”lərini Xəzər rayonunda yerləşən həyət evinin pəncərəsinə atıb. İki ədəd plastik pəncərəni, bir ədəd pəncərə torunu, evin divarını və kondisionerin mühərrikini qəsdən yandıraraq 670 manat məbləğində əmlakı məhv edib. Eləcə də, yanğını söndürmək istəyərkən qayınatası yüngül dərəcəli yanıq xəsarətləri alıb.

Ekspertiza zamanı müəyyən edilib ki, evin qiyməti 280 min manatdır. Beləliklə, R.Camalov həm də külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etməkdə ittiham edilib.

R.Camalov bu əməli həyat yoldaşı ilə qısqanclıq zəminində yaranan münaqişə nəticəsində törətdiyini bildirib. Belə ki, bir müddət öncə arvadı ondan ayrılaraq atasıgilə gedib. Camalov yoldaşı ilə danışmağa cəhd etsə də, sonuncu onunla görüşməyib. Bundan sonra R.Camalov onun qaldığı evi yandırmaq qərarına gəlib. O, ifadəsində hadisəni törədərkən məqsədinin onları qorxutmaq olduğunu, başqa niyyətinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsi hökmü ilə Rəşada 3 il 6 ay şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155025