Saat:18:51
Haqqımızda

Bakıda kirayə ev qiymətləri "əl yandırır" - Tələbələr bu üsula əl atdılar

2024-09-09 23:28:56

Bakıda kirayə ev qiymətləri

"Artıq sentyabr ayıdır. Tələbələr üçün kirayə mənzil bazarında süni şəkildə bahalaşma qeydə alınır". 

Hurriyyet.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Ekspert tələbələrin yayda yaşadıqları kirayə evlərini təhvil verib, yayı keçirdikdən sonra mənzilə qayıdanda problemlərlə üzləşdiklərini qeyd edib: 

"Birinci problem yeni mənzillər tapmaq məsələsidir. İkinci məsələ budur ki, eyni mənzilləri kirayə verənlər daha sonra evlərini baha təklif edirlər. Ona görə də tələbələrin çoxu doğma evlərinə gedəndə kirayə qaldıqları mənzilləri ev yiyəsinə təhvil vermədilər. Baxmayaraq ki, neçə ay o evdə qalmayacaqlar, evin ödənişini etdilər. Bu il belə tendensiya formalaşdı". 

Ekspert bildirir ki. bu il kirayə çıxan mənzillərin sayı bazarda az oldu. Ona görə də kirayə mənzillərdə bahalaşma müşahidə olunur: "Qiymətlər orta hesabla yayın əvvəli ilə müqayisədə 10-15 faiz artıb. Qiymət təlabatdan formalaşır. Xüsusən də tələbələrə kirayə mənzillər verənlər bahlaşmanı bəhanə edib, qiymətləri qaldırırlar".

Elnur Azadov qeyd edir ki, bahalaşma tendendiyası sentyabr ayının 15- dən oktyabr ayının əvəvlinədək daha da şiddətlənəcək. \\Referans.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.191756