Bakıda keçmiş qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərib? - Video

2022-11-18 10:35:00

Bakıda keçmiş qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərib? - Video

Bakıda “karqo şirkətindən gəlmişik” deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb.

Hurriyyet.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib. 

Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, “oğlum, sənə hədiyyə göndəriblər” deyib. Ev sahibi isə qapını açmayıb.

Vəziyyətdən şübhələnən Ceyhun Cəfərzadə dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçiriblər.

Sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizliyi təmin etməklə qumbaranı mənzilin qarşısından götürüblər. Polis isə əməliyyat-axtarış tədbirlərinə başlayıb. Ceyhun Cəfərzadə iddia edir ki, qumbaranı mənzilinə keçmiş qayınatası Tiflisxan Bayramov göndərib.

Məsələ ilə bağlı adıçəkilən Tiflisxan Bayramov barəsində səslənən iddiaların əsasız olduğunu deyib.

Ceyhun Cəfərzadənin keçmiş qayınatası onu da bildirib ki, bu işə görə polis onu çağırıb və izahatını alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.113774