Bakıda istilik problemi olan MƏKTƏBLƏR

2021-11-25 15:53:00

Bakıda istilik problemi olan MƏKTƏBLƏR

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində istilik sistemi ilə bağlı problemlərin olduğu məktəblərin sayı açıqlanıb.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyində olan bəzi məktəblərdə mövcud problemlərin olduğunu xatırladıb.

Onun sözlərinə görə, hazırda 15-ə yaxın məktəbdə bu sahədə problem var:

"Bu problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır. Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idisə, artıq onlar yavaş-yavaş səngiyir".

M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərin aqibətinə də aydınlıq gətirib:

"Problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır".