Saat:20:34
Haqqımızda

Bakıda İkinci Qarabağ müharibəsi iştirakçısı qətlə yetirildi

2022-08-15 09:36:00

Bakıda İkinci Qarabağ müharibəsi iştirakçısı qətlə yetirildi

Bakıda bıçaqlanan gənc oğlanın kimliyi bilinib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Muradov Niyammədin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə vurub.

N.Muradov “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

***

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyamməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR