Saat:03:00
Haqqımızda

Bakıda idman arenasında qətlə yetirilən yeniyetmə məhkəmə sədrinin oğludur – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI / Videolar

2022-11-27 00:29:00

Bakıda idman arenasında qətlə yetirilən yeniyetmə məhkəmə sədrinin oğludur – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI / Videolar

Bu gün - noyabrın 26-da, saat 17 radələrində Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Nazirlik idmançının qətli ilə bağlı məlumat yaydı

Hurriyyet.az xəbər verir ki, Şağanda idman arenasında 16 yaşlı yeniyetmənin qətlə yetirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi məlumat yayıb.

"Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib",- deyə nazirliyin məlumatında bildirilir.

"Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, - deyə məlumatda deyilir.

Tural Rüstəmov

Hurriyyet.az qətl hadisəsinin təfərrüatları barədə ətraflı informasiya və olayın video görüntülərini əldə edib. Məlumata görə, mübahisəyə səbəb qətli həyata keçirməkdə təqsirli bilinən 20 yaşlı Ruslan Səfixanovun idman yarışı zamanı mərhumun arxasındakı sırada əyləşərək, ayağını qaldırıb ön skamyanın üzərinə, yəni mərhumun oturduğu skamyaya qoyması olub. İddia olunur ki, bu zaman mərhum Tural Rüstəmov ondan ayağını çəkməsini xahiş edib. Lakin Ruslan Səfixanov içkili olduğundan, ayağını qarşı skamyadan endirməyib, nəticədə mübahisə düşüb. Bu zaman Ruslan özündən 4 yaş kiçik olan Turala bir neçə bıçaq zərbəsi vuraraq, yarış zalından qaçıb. Həmin vaxt yarışın təhlükəsizliyini qoruyan polislər dərhal Ruslan Səfixanovun arxasınca qaçaraq, onu bayırda yaxalayıblar. Həmin vaxt o, guya ana söyüşü söydüyü üçün Turalı bıçaqladığını bildirib. Halbuki, mərhumun idmançı yoldaşları onun tərbiyəli və söyüş söyən birisi olmadığını deyirlər.

Ruslan Səfixanov

Mənbə deyir ki, bıçaqlanma hadisəsindən sonra Tural Rüstəmovun Naib adlı müəllimi onu qucağına alaraq, xəstəxanaya çatdırmaq üçün maşına oturdub. Yolda, Mərdəkan körpüsünün üstündə təcili yardım maşını ilə qarşılaşıb və əl edərək onu saxladıblar. Həkimlər yeniyetmənin keçindiyini bildirib və bu səbəbdən, təcili yardım maşınına götürməyiblər. Lakin idmançıların etirazından sonra təcili yardım maşını yeniyetməni götürərək, Sabunçu rayon xəstəxanasına gətirib. Burda məlum olub ki, mərhuma başından, ürəyindən, böyrəyindən və bədəninin digər nahiyyəsindən olmaqla, 4 bıçaq zərbəsi vurulub. Hadisənin şahidləri deyir ki, bıçaqlanandan sonra yeniyetmə salonun mərkəzinə tərəf 15-20 metr qaçıb, daha sonra yıxılıb.

Hadisədən sonra ölən yeniyetmənin müəlliminin də iflic olduğu bildirilir.

Mənbə deyir ki, mərhum Tural Rüstəmov Gəncə məhkəmələrindən birinin sədrinin oğludur.

Qətli həyata keçirməkdə ittiham olunan Ruslan Səfixanovun atası Elçin Səfixanov da idmançıdır və cüdo müəllimidir.

Ruslan Səfixanov sambo üzrə dünya ikincisidir. Sonradan cüdo idman növü ilə məşğul olub. Deyilənlərə görə, cinayətkar aləmə meylli şəxs olub.

Qeyd edək ki, qətl olayından sonra idman naziri Fərid Qayıbov hadisə yerinə gəlib.

 

Hurriyyet.az

P.S. Mövzu ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR