Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq - Xəbərdarlıq
2022-06-24 17:49:00

İyunun 26-sı axşamdan 30-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
Bu barədə Milli Hidrometetorologiya Xidmətindən məlumat verilib.
Azərbaycan rayonlarında isə iyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya