Bakıda gözəllik salonunda törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

2023-04-13 21:46:00

Bakıda gözəllik salonunda törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Bakıda 37 yaşlı qadın qətlə yetirilib.

Hurriyyet.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Gözəllik salonunda işləyən Aygün Yusifova öldürülüb.

Yaxınlıqda yaşayanlar deyirlər ki, qətlə yetirilən qadın gözəllik salonunda dırnaq ustası kimi çalışırmış. Onun 2 övladı olduğu bildirilir.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.194502