Saat:15:02
Haqqımızda

Bakıda film kimi hadisə: Sahibkar "Porsche" ilə yolu bağladı, həbs edildi (TƏFƏRRÜAT)

2024-02-09 14:33:49

Bakıda film kimi hadisə: Sahibkar

Bakıda Daxili İşlər Nazirliyinin (DİN) Yol Polis Xidmətinin (YPX) əməkdaşlarına tabesizlik göstərən iş adamı həbs edilib. 

Afiq adlı sahibkarın həbs olunmasına səbəb Qaradağ rayonu H.Z.Tağıyev küçəsində yerləşən yolun 38-ci km-də YPX tərəfindən saxlanılan yük avtomobilinin qaçırılmasına şərait yaratması olub. 

Belə ki, 1984 tarixdə Bakı şəhərində anadan olmuş Afiq Mustafayevin (soyad şərti) rəhbəri olduğu şirkətə məxsus iriqabaritli nəqliyyat vasitələri DİN-nin Baş Dövlət Yol Polisinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. 

YPX əməkdaşları tərəfindən həmin yük maşınların sürücüləri iriqabaritli nəqliyyat vasitələrində olan yüklərin müvafiq stasionar postlarda quraşdırılmış elektron tərəziyə dəvət edilib. Lakin, 77 BJ 238 dövlət qeydiyyat nişanlı yük maşının sürücüsü müdiri gəlmədən nəqliyyat vasitəsinin stasionar posta aparılmayacağını bildirib. 

Daha sonra əraziyə "Porsche" markalı avtomobillə Afiq adlı şəxs yaxınlaşıb. O, özünü sözügedən yük maşının sahibi kimi təqdim edərək, sürücülərin hərəkət etmələrinə göstəriş verib. 

Həmin yük maşınların sürücüləri YPX əməkdaşlarına tabesizlik göstərərək hərəkətlərini davam etdiriblər. Bundan əlavə sahibkar idarə etdiyi "Porsche"ni yolun hərəkət hissəsində saxlamaqla, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Daha sonra əraziyə polis bölməsindən post patrul xidmətinin əməkdaşlarının göndərilib. Afiq başqa nəqliyyat vasitələrindən birinə əyləşərək ərazidən uzaqlaşıb. 

Polis Afiq adlı sahibkarı saxlayaraq, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə protokol tərtib edib və iş məhkəməyə göndərilib. Sahibkar məhkəmədə özünü günhkar bilməyib. 

Məhkəmənin hökmü ilə Afiq 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Qaynarinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201414