Bakıda evə cadu edən qadın kameraya düşdü – Video

2022-08-29 13:17:00

Bakıda evə cadu edən qadın kameraya düşdü – Video

Ev sahibi tanımadığı qadının onun evinə cadu etdiyini təhlükəsizlik kamerasından görüb. 

Hadisə Bakının Binəqədi qəsəbəsi M. Rəsulzadə küçəsində baş verib.

Hadisə ilə bağlı faktları Yenisabah.az-a təqdim edən zərərçəkən Kamran Bağırov bildirib ki, cadu etmək istəyən qadın onların qapısının ağzına gələrək əlindəki cadulanmış kuklanı yerə atır. Təhlükəsizlik kameralarına düşdüyündən xəbərsiz olan qadın daha sonra telefonla danışaraq cadunu atdığı yerdən uzaqlaşır. 

Ev sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Təhlükəsizlik kameralarına düşən həmin anları təqdim edirik:

Əsmətxanım

 


 

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060985