Bakıda ərəb turist gecə klubunda öldü

2023-02-07 11:52:00

Bakıda ərəb turist gecə klubunda öldü

Bakıda ərəb turist vəfat edib.

Hurriyyet.az xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində baş verib. 1969-cu il təvəllüdü, Küveyt vətəndaşı Ali Alshemali Nəcəf oğlu Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Baku Music Hall” gecə klubunda olarkən özünü pis hiss edib.

Belə ki, qardaşının ailəsi və öz xanımı ilə birlikdə yemək yeyən zaman onun səhhəti pisləşib və restoranın tualetinə gedib. O, sanitar qovşaqda qəfil vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası dəvət edilsə də, Ali Alshemali Nəcəf oğlunun dünyasını dəyişdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 



Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.228201