Bakıda əcaib avtomobil: Şoseni zibilxanaya döndərir - VİDEO

2022-05-06 20:43:00

Bakıda əcaib avtomobil: Şoseni zibilxanaya döndərir - VİDEO

Bakıda heç bir standarta uyğun gəlməyən, hətta markasının belə müəyyən edilməsi çətin olan yük avtomobili sürücülərin diqqətini çəkib.

Ziya Bünyadov prospekti ilə hərəkət edən 19-ZA-082 nömrə nişanlı avtomobilin yük yerinə doldurulmuş müxtəlif tullantılar yola, digər avtomobillərin üzərinə düşüb.

Sürücülər belə avtomobilin necə təhlükə yaratması, ətrafı zibilləməsi, üfunətə qərq etməsilə bağlı ərazidə xidmət aparan yol polisinə müraciət etsə də, bu bədheybət avtomobili durduran olmayıb.

 

Bakupost.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya