Bakıda dollar ajiotajı? - Gecə bahalaşmasının səhərki əks-sədası

2022-06-16 17:33:00

Bakıda dollar ajiotajı? - Gecə bahalaşmasının səhərki əks-sədası

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) növbəti faiz qərarını açıqlayıb.

Yeni qərara əsasən, ABŞ dolları üzrə faiz dərəcələrini 75 baza bəndi artırılaraq 1,50-1,75 faiz aralığına çatdırılıb. Qeyd edək ki, FED-in qərarları dolların faktiki olaraq dəyərini müəyyən edir.

Bu qərarın ardınca isə dünyanın bir çox ölkəsində dollar milli valyutalar qarşısında bahalaşmağa başlayıb. Bəzi ölkələrdə isə dolların bahalaşacağı gözlənildiyi üçün əhalinin sözügedən valyutaya marağı artıb. Bəzi ekspertlər isə hesab edirlər ki, FED-in qərarından sonra Azərbaycanda da dollar bahalaşa bilər.

Həmçinin, bu səbəbdən vətəndaşların dollara olan tələbatının artacağı iddia olunur.

Maraqlıdır, FED-in qərarı ölkəmizdəki bank sektoruna necə təsir göstərib? Həqiqətən dollara tələbat artıb?

Hurriyyet.az xəbər verir ki, bu suallara cavab tapmaq üçün Cebhe.info əməkdaşı paytaxtdakı bir neçə banka baş çəkib. Müşahidələr zamanı banklara dollar almağa gələn insanlara rastlamadıq.

Bəzi vətəndaşlar maddi vəziyyətlərinin dollara yatırım edəcək qədər yaxşı olmadığını dedilər. Bununla yanaşı, banklardan bizə FED-in qərarlarının Azərbaycanda ciddi hiss olunmadığı bildirildi.

Həmçinin, yeni qərardan sonra dolların manat qarşısında bahalaşmadığını da öyrəndik. Məzənnə yenə 1.7 AZN civarındadır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya