Saat:05:54
Haqqımızda

Bakıda dəm qazının miqdarı normadan çoxdur

2023-03-25 00:14:00

Bakıda dəm qazının miqdarı normadan çoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) atmosfer havasının keyfiyyəti barədə məlumat açıqlayıb.

Məlumatda atmosfer havasının keyfiyyətinin monitorinqinin gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirildiyi bildirilib.

“Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.1, Sumqayıt şəhərində 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır”, - məlumatda qeyd olunub. \\Qafqazinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR