Saat:06:43
Haqqımızda

Bakıda dəm qazından boğularaq ölən qardaşlardan biri bu gün ABŞ-yə getməli idi - TƏFƏRRÜAT

2024-01-26 16:27:43

Bakıda dəm qazından boğularaq ölən qardaşlardan biri bu gün ABŞ-yə getməli idi - TƏFƏRRÜAT

Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşlar Tovuz rayonunun Ağbulaq kəndində bu gün dəfn olunub.

Kəndin icra nümayəndəsi Əli İbrahimov “Report”a açıqlamasında bildirib ki, hadisə iki qardaşın kirayədə qaldığı mənzildə yanvarın 25-i gecə saatlarında baş verib.

İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-yə getməli imiş.

Mərhumların əmisi Aslan Həsənov isə bildirib ki, onlar ailədə 6 nəfər olub: “İki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurmuş. Sərxanın qardaşı keçən ilin noyabr ayında ailə həyatı qurub. Yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb. Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”.

A.Həsənov Əlinin Bakıda traktor sürücüsü işlədiyini qeyd edib.

TƏBİB-dən isə olaraq bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR