Saat:09:41
Haqqımızda

Bakıda bu yolda hərəkət qismən məhdudlaşdırılır

2025-06-17 17:25:09

Bakıda bu yolda hərəkət qismən məhdudlaşdırılır

İyunun 18-də saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Hurriyyet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki. aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq sürücülərdən qeyd olunan hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.262541