Saat:02:15
Haqqımızda

Bakıda bu yol tam bağlanır

2025-11-20 15:43:18

Bakıda bu yol tam bağlanır

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, 22 noyabr saat 00:00-dan etibarən Bakı Şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər.