Bakıda bu məktəbdə ənənəvi tədris dayandırıldı - RƏSMİ

2021-10-14 10:30:00

Bakıda bu məktəbdə ənənəvi tədris dayandırıldı - RƏSMİ

əhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Hurriyyet.az xəbər verir ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsilin distant formada davam etdirilməsinə qərar verilib.

Belə ki, gimnaziyada tədris bu gündən etibarən 14 gün müddətinə məsafədən təşkil ediləcək.