Saat:03:30
Haqqımızda

Bakıda bu evlər bahalaşdı - Mənzil bazarını nə gözləyir?

2024-05-03 17:16:01

Bakıda bu evlər bahalaşdı - Mənzil bazarını nə gözləyir?

Ötən ay Bakının daşınmaz əmlak bazarının mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə müvafiq olaraq ortalama 1,34 % artıb.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 % çoxdur.

O bildirib ki, paytaxtın təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 1,54 %, il ərzində 12,3 % artım, köhnə tikililərdə isə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 1,27 %, il ərzində 9 % artım qeydə alınıb: “Bazarda təklif portfelinin həcmi ay ərzində 2,4 %, il ərzində 17,8 % yüksəlib. İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ötən ayla müqayisədə 1,2 %, il ərzində 17,3 % artım müşahidə edilib. Elə rayonlar var ki, mənzillərin qiyməti orta həddin üstündə artıma məruz qalıb. Məsələn, Nərimanov və Xətai rayonlarına 20 % - 25 %-ə kimi artım qeydə alınıb. Bazarda təklif sayı ay ərzində 0,9 %, il ərzində isə 24,1 % artıb”.

V.Oruc deyib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 1,5 % azalma, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 10,6 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 2,9 %, il ərzində isə 21,8 % artıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225771