Bakıda Braziliya Ciu-Citsu üzrə çempionat keçirilib
Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə filial və klublararası açıq çempionatı keçirilib.
Hurriyyet.Az xəbər verir ki, İctimai Birliyin prezidenti Aqil Acalov idmanın insanların fiziki və psixoloji sağlamlığında rolunun əhəmiyyəti, idmanın kütləviliyinin artırılması, idman növünün daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Birliyin təsisçisi, Braziliya Ciu-Citsu sənətinin Azərbaycandakı banisi Taleh Həsənov ölkəmizdə bu idman növünə olan marağın artdığını qeyd edərək, idmançılara yüksək nailiyyətlər arzulayıb.
Qurumun sədri Fuad Kərimov və sədr müavini Anar Səfərov da öz növbələrində fəaliyyət planları və inkişaf perspektivləri haqqında danışıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Dövlət Himni səsləndirilib və yarışlara start verilib.
Yarışda uşaq, yeniyetmə, gənc, böyük və veteran idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və NO-Gİ versiyaları üzrə öz güclərini sınayıblar.
Nəticə etibarilə, ümumi komanda hesabında Suraxanı BJJ Team 1-ci, BJJA Team 2-ci, Əkbər Hadiyev BJJ Team 3-cü yerdə qərarlaşıblar.
Mövzuya dair fotomateriallar:





