Saat:02:42
Haqqımızda

Bakıda bayram çadırları qurulur - VİDEO

2021-12-05 00:09:00

Bakıda bayram çadırları qurulur - VİDEO

Bu gündən metrostansiyaların çıxışlarında bayram yarmarkaları üçün çadırlar qurulmağa başlayıb.

Bayram yarmarkaları metronun "Neftçilər", "Gənclik", "İnşaatçılar, "Nəriman Nərimanov" və ''Azadlıq'' stansiyalarının yaxınlığında qurulur.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov deyib ki, ümumilikdə  paytaxtın 12 rayonunda 20-yə yaxın bayram çadırı fəaliyyət göstərəcək.

Yarmarkalarda əsasən müxtəlif ölçülü yolkalar, şaxta baba-qar qız oyuncaqları və müxtəlif suvenirlər satışa çıxarılıb. Rusiya, Türkiyə və Çin istehsalı olan yolkalar müxtəlif qiymətə təklif edilir. Bəzədilmə zamanı istifadə edilən işıqların qiyməti isə 3-18 manat arasında dəyişir.

İntiqam Məmmədov əlavə edib ki, təklif edilən məhsullar digər satış obyektləri ilə müqayisədə 10 faiz ucuz olacaq. Yarmarkalar bayram günləri bitənə kimi fəaliyyət göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR