Bakıda banka basqın edən şəxs belə zərərsizləşdirildi (VİDEO)

2023-01-19 17:55:00

Bakıda banka basqın edən şəxs belə zərərsizləşdirildi (VİDEO)

Bakıda banka basqın edən şəxs zərərsizləşdirilməsinin görüntüləri yayılıb. 

Hurriyyet.az-ın məlumatına görə, görüntülərdə banka hücum edən şəxsin polis tərəfindən necə zərərsizləşdirilməsi əks olunur.

Qeyd edək ki, müştərilərin də olduğu bankın filialında bu gün saat 12 radələrində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov əlindəki dəmir linglə işçiləri hədələyərək, pul tələb edib. Bankda xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.

Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.

Hurriyyet.az həmin şəxsin zərərsizləşdirilməsinin görüntülərini təqdim edir.

qaynarinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.218209