Bakıda bahalı "Gelandevagen" məşhur şirkət maşını ilə toqquşdu - Nömrəsi müəmmalı şəkildə gizlədildi

2022-09-07 12:10:00

Bakıda bahalı

Bakının Yasamal rayonunda avtonəqliyyat hadisəsi baş verib.

Yolun əks istiqamətindən qarşı-qarşıya gələn "Qalendevagen" markalı avtomobillə SAB şirkətinə məxsus "Ford” markalı mikroavtobus toqquşub.

Hadisədən dərhal sonra "Qalendevagen" markalı avtomobilin sürücüsü dövlət nömrə nişanını gizlətməyi də unutmayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobillərə ciddi ziyan dəyib. Bundan başqa, yol kənarında dayanan başqa bir mikroavtobus da qismən zədələnib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059328