Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında mühüm görüş

2022-09-09 11:44:00

Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında mühüm görüş

Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.

Hurriyyet.az xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, Iran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.

Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur. (olke.az)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054552