Bakıda avtobusda İNSİDENT: Ata və oğul sərnişini al-qana boyadı

2022-11-16 19:49:00

Bakıda avtobusda İNSİDENT: Ata və oğul sərnişini al-qana boyadı

Biləcəri-Binəqədi-Memar Əcəmi istiqamətində işləyən “92” saylı marşrut avtobusunda böyük insident yaşanıb.

Hadisə bu gün saat 17:20 radələrində baş verib. Belə ki, sözügedən avtobusda 3 nəfər şəxs arasında əlbəyaxa dava düşüb.

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, avtobusa minən ata və oğlu sərnişinlərdən birini döyməyə başlayıb. İnsidentin hansı səbəbdən yaşandığı tam məlum olmasa da, döyülən şəxsin yanlış hərəkət etdiyi və bu səbəbdən də avtobusa minərək qaçmağa çalışdığı bildirilib.

Lakin avtobusu saxlatdırmağa nail olan ata və oğlu həmin şəxsi döyərək marşrutdan yerə salmağa çalışıb. Bu an avtobusda olan digər sərnişinlər onları sakitləşdirməyə cəhd göstərsələr də, heç bir nəticə hasil olmayıb.

Sonda ata və oğul döydükləri şəxsi avtobusdan endirməyə nail olublar. Ümid edirik ki, aidiyyəti qurumlar məsələni araşdıraraq ictimaiyyətə geniş məlumat verəcəklər.\\ KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.095539