Bakıda avtobus qəzası: ölən var
2025-02-21 09:14:24

Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Hurriyyet.az xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü İlqar Əliyevin idarə etdiyi “Daevoo” markalı avtobusla yolu keçmək istəyən piyada 1973-cü il təvəllüdlü Zahid Xibabayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Axar.az
