Saat:10:30
Haqqımızda

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu

2025-11-26 10:28:14

Bakıda arvadını bıçaqlayaraq Çinə qaçdı - 2 gün sonra tutuldu

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.

Qafqazinfo.az