Bakıda ağır yol qəzası - xəsarət alanlar var

2022-08-24 13:50:00

Bakıda ağır yol qəzası - xəsarət alanlar var

Bakıda ağır yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Zığ şosesində baş verib. Bir neçə avtomobil toqquşub.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.

Zığ şosesində baş verən ağır yol qəzası ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Bunu Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, ilkin məlumata görə hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Onlara təcili tibbi yardım göstərilib, yolda hərəkət bərpa olunub. Hazırda ərazi aidiyyatı üzrə araşdırma aparılır",- A. Əsgərli deyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060058