Bakıda ağır qəza: Yük avtomobili maşına və hasara çırpıldı - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “Shacman” markalı yük ,“Nissan” və “Mercedes-Benz” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
12:44
12:44
Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.
Hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə zamanı yük maşını minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili hasara çırpılıb.
Baş verən hadisə nəticəsində bir nəfər xəsarət alıb.
İlhamə Əbülfət