Saat:04:11
Haqqımızda

Bakıda 85 yaşlı qadın su quyusuna yıxıldı - Video

2023-11-01 16:21:50

Bakıda 85 yaşlı qadın su quyusuna yıxıldı - Video

Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində 1 nəfər su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Fövqəaladı Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1938-ci il təvəllüdlü vətəndaş S.Cəfərova fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 8 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər./axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.595971