Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - FOTO

2022-08-29 15:33:00

Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - FOTO

Bakıda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.

İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli "Bakumoz" kitab evinin sahibidir. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun "28 May" və "Neftçilər" stansiyaları yaxınlığında fəaliyyət göstərir.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057871