Bakıda 2 nəfər özünü binadan atdı
2024-04-30 09:56:12
![Bakıda 2 nəfər özünü binadan atdı](/frontend/uploads/files/resize%20(1)(1).jpg)
Bakıda iki intihar hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisələrdən biri Nərimanov rayonu F.X.Xoyski küçəsində qeydə alınıb.
Belə ki, sözügedən küçədəki 16 mərtəbəli binada yaşayan 1987-ci il təvəllüdlü Baba Mahmudov özünü 11-ci mərtəbədən atıb. Özünü yaşadığı mənzilin mətbəxindən atan 37 yaşlı kişi hadisə yerində ölüb.
Oxşar hadisə Nizami rayonu Q.Qarayev prospektində də baş verib. 1967-ci il təvəllüdlü Leyli Babakişiyeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindəki mənzildən atıb. O, hadisə yerində dünyasını dəyişib.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır. /Yenisabah.az/
![](/frontend/uploads/files_son/QAZ12.jpg)