Bakıda 1000-ə yaxın binada yoxlama - SAKİNLƏR KÖÇÜRÜLÜR

2022-04-27 10:11:00

Bakıda 1000-ə yaxın binada yoxlama - SAKİNLƏR KÖÇÜRÜLÜR

Bakıda qəzalı vəziyyətdə olan minə yaxın yaşayış binasında yoxlamalara başlanıb.

Hurriyyet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev paytaxtda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarında inventarizasiya işləri aparıldığını deyib.

Bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb.

Şöbə müdiri qeyd edib ki, yaşayış üçün təhlükəli vəziyyətdə olan binalar əsasən mərkəzi rayonlarda çoxluq təşkil edir.

Binada yaşayan sakinlər isə qısa zamanda başqa ünvana köçürülmələrini istəyirlər.

Mövzu ilə bağlı daha ətraflı "Xəzər Xəbər"in videomaterialını təqdim edirik:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya