Bakı zooparkında meymunçiçəyi yayılıb? - Direktor danışdı

2022-05-30 14:06:00

Bakı zooparkında meymunçiçəyi yayılıb? - Direktor danışdı

Xəbər verdiyimiz kimi, dünyanı COVİD infeksiyası bitməmiş meymunçiçəyi yayılır.

Bildirilir ki, bu il Avropadan sonra meymunçiçəyi virusuna ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib.

Virusun getdikcə dünyanın digər ölkələrinə də yayılacağı deyilir.

Maraqlıdır, meymunlar ölkəmizdə baytar nəzarətindən keçirilirmi?

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Cebhe.info-ya Bakı Zooloji Parkının direktoru Azər Hüseynov danışıb. O, zooparkda cəmi 11 baş meymun olduğunu deyib:

"Onlardan 4 -ü makaka rezusdur. İl ərzində heyvanlar yoxlamalardan keçirilir, daim baytar nəzarəti altındadır".

Azər Hüseynov bildirib ki, meymunlarda indiyədək heç bir virusa yoluxma müşahidə edilməyib:

"Bizim meymunlar hamısı salamatdır. Zooparkda vəziyyət əladır. Daimi infeksion xəstəliklərə qarşı tədbirlər aparılır".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya