Saat:20:55
Haqqımızda

Bakı və Lissabon növbəti məsləhətləşmələr keçirdi

2025-04-10 23:53:15

Bakı və Lissabon növbəti məsləhətləşmələr keçirdi

Bakıda Azərbaycan Respublikası və Portuqaliya Respublikasının xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Portuqaliya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin baş direktoru Helena Malkata rəhbərlik edib.

Görüşdə Azərbaycan-Portuqaliya arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı rəsmi səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, nəqliyyat, yüksək texnologiya sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən strateji enerji və nəqliyyat-infrastruktur layihələrinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, sülh prosesində mövcud əngəllər, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri haqda ətraflı məlumat verilib.

Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162834