Saat:23:36
Haqqımızda

“Bakı və İrəvanla telefon əlaqəsi davam edir“ - Prays

2022-12-03 11:43:00

“Bakı və İrəvanla telefon əlaqəsi davam edir“ - Prays

"ABŞ Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə çox fəal məşğul olur".

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib: “Biz Ermənistan və Azərbaycan arasında iki üçtərəfli görüş keçirdik - onlara dövlət katibi Blinken sədrlik etdi. O, tərəflərlə telefon əlaqəsini də davam etdirir.

Sonuncu dəfə bir yerdə olarkən xarici işlər nazirləri danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Onların hər ikisi bu nazirlər görüşünün təşkilinə görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər.

Şübhəsiz, ümid edirik ki, iki ölkə arasında davamlı sülhə və problemin həllinə aparan diplomatiyanı dəstəkləməyə davam etdikcə iki ölkə arasında dialoq və konstruktiv atmosfer davam edəcək”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR