Saat:04:00
Haqqımızda

Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq - KİV

2025-04-11 11:25:29

Bakı və İrəvan sülh sazişini bu şəhərdə imzalayacaq - KİV

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qırmızı meydanda keçiriləcək paraddan öncə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Almatıda hansısa sülh sənədi imzalasın. Paşinyan Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə Almatı Bəyannaməsini qoyduğu üçün Qazaxıstan imzalanma yeri kimi təsadüfən seçilməyib”, - məlumatda qeyd olunub.

Ermənistan baş nazirinin mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195235