Bakı və İrəvan arasında yekun razılıq vacibdir - Miller

2023-09-13 13:06:13

Bakı və İrəvan arasında yekun razılıq vacibdir - Miller

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində fəaliyyətini davam etdirir.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.

O xatırladıb ki, son bir həftə ərzində çoxsaylı əlaqələri olan ABŞ dövlət katibi Entoni Blinken bu prosesdə şəxsən iştirak edir.

Miller bildirib: “Son 24 saat ərzində bir partiya humanitar yük Ağdamdan keçərək Qarabağa keçib. İki dəhlizin həm qısa müddətdə açılmasının, həm də uzunmüddətli perspektivdə iki ölkə arasında yekun razılığın əldə edilməsinin vacibliyinə dair çağırışımızı təkrar edirik”.

Dövlət Departamentinin nümayəndəsi Ermənistanın baş naziri Nikol Paşinyanı regionda baş verən hər şeydə ittiham edən Rusiya prezidenti Vladimir Putinin son bəyanatlarını şərh etməyib.

Jurnalistlərdən birinin qeyd etdiyi kimi, belə bir fikir var ki, Putin münaqişədən Ermənistanın demokratik yolla seçilmiş liderini devirmək üçün istifadə etməyə çalışır və bunda iştirak etmək üçün “Vaqner PMC” muzdlularının Ermənistana göndərildiyi barədə bəzi məlumatlar var.

Miller deyib: "Mən bu suala cavab verməyəcəyəm".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137764