"Bakı və İrəvan arasında sülh müqaviləsinin yalnız bir bəndi razılaşdırılıb" - Qriqoryan

2022-12-09 14:20:00

“Rəsmi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinin yalnız bir bəndi - Vyana Konvensiyasına uyğun olaraq diplomatik münasibətlərin qurulması razılaşdırılıb”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, sülh müqaviləsinin bütün digər bəndləri üzrə aydın razılaşma yoxdur: 

“Söhbət Qarabağdan, sərhədin delimitasiyası və demarkasiyası, blokun açılması və humanitar məsələlərdən gedir”.

bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136465